Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, istehlak zamanı şirniyyat məhsulundan qurd çıxması ilə bağlı KİV-də yayılan məlumat əsasında Agentlik əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr., ev “Q”, 556/557-ci məhəllə, m.1 ünvanında yerləşən, fiziki şəxs Nağıyev Araz Fazil oğluna məxsus “Kazbek” marketdə plandankənar yoxlama keçirib. Yoxlama zamanı marketdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulduğu aşkar edilib. Belə ki, marketdə mal qonşuluğu prinsipinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı, həmçinin işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi, dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aparılmadığı müəyyən edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir.