Bakıda məşhur restoranda nöqsanlar aşkarlanıb.
Foodinfo.az xəbər verir ki, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 1 ünvanında yerləşən "Riviera" restoranında qanunvericiliyin tələblərinin pozulduğu məlum olub.
Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları (AQTA) tərəfindən sözügedən obyektdə qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqlar aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı cəzalandırma tədbiri görülüb.