Bakıda marketlərdən birindən alınan düyü unundan qurd çıxıb.
Foodinfo.az xəbər verir ki, şəhər sakinlərindən biri Oxu.Az-a bildirib ki, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Bizim market”də aldığı düyü unundan qurd çıxıb.
Vətəndaşın bildirdiyinə görə, düyü unundan adətən körpə uşaqlar üçün sıyıq bişirirlər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən saytımıza bildirilib ki, məsələ ilə bağlı məlumatlar götürülərək agentliyin müfəttişləri tərəfindən araşdırmalara başlanılıb.