AQTA əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 4 ünvanında yerləşən “Dönərçi Baba” dönər evində monitorinq keçirib.
Foodinfo.az xəbər verir ki, burada qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu müəyyən edilib.
Buna görə də dönər evi ilə bağlı cərimə protokolu tərtib edilib.