Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az-ın xəbərinə görə, Agentlik əməkdaşları tərəfindən Şamaxı rayonu, Qaravəlli kəndində fəailiyyət göstərən, fiziki şəxs Zayıdov Toğrul Malik oğluna məxsus marketdə aparılmış planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə, sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı aşkar edilib. Belə ki, mal qonşuluğu prinsipinin pozulduğu, ağzı kip bağlanan, qoxu yaymayan qapaqlı tullantı qablarından istifadə edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır. [gallery ids="48701,48702"]