Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 19-da ölkə üzrə 398 ictimai iaşə obyektində 694 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 5 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Əfrayıl Xurşud oğluna məxsus “Çıraq” restoranı;
2. Bakı şəhəri, Nəsimi rayonu, A. Məhərrəmov küç., ev 22A ünvanında yerləşən, fiziki şəxs Arsu Yaşara məxsus kafe;
3. Bakı şəhəri, Yasamal rayonu, Firudin Ağayev küç., 559-cu məh., m.26 ünvanında yerləşən, fiziki şəxs Nuriyev Fizuli Behbud oğluna məxsus kafe;
4. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küç., ev 2439, məh. 40a ünvanında yerləşən, fiziki şəxs Əliyeva Marina Vladimirovnaya məxsus kafe;
5. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli V yaşayış massivində yerləşən, fiziki şəxs Məmmədov Məmməd Hüsən oğluna məxsus kafe;
6. Sumqayıt şəhəri, məhəllə 3 ünvanında yerləşən, fiziki şəxs Əliyev Emin Nizami oğluna məxsus "London" kafesi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.