“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunub. İnstitutda “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan və digər tələblərin icrası üçün hər cür şərait var”.
Foodinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Azər Badamov jurnalistlərə açıqlamasında bildirib. Millət vəkili deyib ki, AQTİ-nin kadr və texnoloji bazası ölkədə qida təhlükəsizliyi sahəsinə nəzarətin şəffaf şəkildə həyata keçirilməsinə imkan verir. “Qida təhlükəsizliyi tarladan süfrəyə qədər olan bir prosesdir. Bu prosesin nəzarət altında saxlanması və insanların təhlükəsiz qida ilə təmin olunması mühüm məsələlərdən biridir” deyə A.Badamov vurğulayıb.