Yaşlı insanlar dondurmanı son dərəcə ehtiyatla yeməlidirlər.
Foodinfo.az xəbər verir ki, bu barədə qastroenteroloq Antonina Maşarova danışıb.
Onun sözlərinə görə, dondurma çox yeyildikdə yaşlılarda ürək-damar sistemi xəstəliklərinə səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, məhsulun tərkibinə çoxlu miqdarda doymuş yağlar daxildir, onların istehlakı damarlarda aterosklerotik düyünlərin əmələ gəlməsinə və ürək əzələsinin fəaliyyətinin pisləşməsinə səbəb olur.
Bundan əlavə, müasir dondurma yaşlı bir insanın koqnitiv (idrak) funksiyalarına təsir edə bilən böyük miqdarda şəkər ehtiva edir. Maşarovanın sözlərinə görə, araşdırmalar göstərir ki, yaşlı insanlarda şəkərin həddindən artıq istehlakı yaddaşı zəiflədir və qavrayış sürətini ləngidir.
Çox miqdarda şəkər və yağ olan qidaların istehlakı bədən çəkisinin artmasına, bağırsaq mikrobiotasının dəyişməsinə və mədə-bağırsaq traktının fəaliyyətinin pozulmasına gətirib çıxarır ki, bu da, öz növbəsində, yaşlı adamın immun sisteminin fəaliyyətinə mənfi təsir göstərir.
Soyuq qidalar bədən tərəfindən daha pis qəbul edilir, çünki onlar həzm sistemini ikiqat və üçqat yüklə işləməyə məcbur edir. Yaşlı insanlarda isə bu, hər hansı bir qastroenteroloji pozğunluğun kəskinləşməsinə səbəb ola bilər.
Sonda Maşarova qeyd edib ki, ümumiyyətlə, istənilən məhsulla bağlı orta həddi saxlamaq vacibdir və bəzən isti yay günündə yaşlı insan da kiçik bir porsiya dondurma ilə özünü sevindirə bilər.
Leyla