Əkin materialı olan tinglərdən nümunələr yükün müxtəlif hissələrindən və ting dəstləri mümkün olan yerlərindən götürülür.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimata əsasən, partiyada olan tinglərin sayı 500-ə qədər olduqda baxış üçün seçilən tinglərin miqdarı 10% olur. Partiyadakı tinglərin sayı 501-dən 1000-ə qədər olduqda baxış üçün seçilən tinglərin miqdarı 5, 1001-dən 10000-dək olduqda 2, 10000-dən çox olduqda 1 fazi təşkil edir. 

Sənədə əsasən, çiliklərdən nümunələrin götürülməsi də müvafiq tələblərə uyğun həyata keçirilir. Belə ki, tərkibində 10-a qədər bağlama vahidi olan partiyadan 1 bağlama vahidi nümunə üçün götürülür. Seçilmiş hər bağlama vahidinin müxtəlif yerlərindən 10% (50 ədəddən az olmamamaqla) çilik çıxarılır.