Toxum yetişdirilməsi üçün nəzərdə tutulmuş kökümeyvəlilərdən nümunə götürülməsi müvafiq tələblərə uyğun həyata keçirilir.  Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”a əsasən, əkin materialı olan kökümeyvəlilərdən nümunələrin götürüləcəyi kisələrin miqdarı partiyanın həcmindən asılı olaraq müəyyən edilir. Belə ki, partiyada olan kisələrin sayı 500-ə qədər olduqda hər 50-ci, 500-dən 1000-ə qədər olduqda hər 100-cü, 10 000-dən çox olduqda 10 və hər sonrakı 500 kisə üçün əlavə 1 kisəyə baxılır. Hər kisədən 5 ədəd kök yumrusu götürülür. Kök yumrularının üzərindəki torpaq təmizlənərək nəqliyyat vasitəsinin döşəməsi və ya kisədən toplanmış torpağa əlavə edilir və laboratoriya analizi üçün göndərilir.