“Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları” ət və ət məhsullarının müəssisələr tərəfindən daşınması, qəbulu, saxlanması və satılması ilə bağlı fəaliyyətə şamil edilir. Həmçinin bu qaydalar ət və ət məhsullarının realizasiyası ilə məşğul olan bütün növ müəssisələrə şamil olunur.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir.
Sənəddə həmçinin qeyd olunur ki, bu norma və qaydalar “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununa və “Codex Alimentarius” Komissiyası tərəfindən hazırlanan beynəlxalq texniki normalar və qaydalara uyğun olaraq işlənib hazırlanıb və ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydalarını müəyyən edir. Ət satışı müəssisəsinin fəaliyyətinə dövlət baytarlıq nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.