Qida zəhərlənməsi xoşagəlməz olmaqla yanaşı, bir çox hallarda ciddi xəstəliklərə və hətta ölümə də səbəb ola bilər. 

Qida zəhərlənməsinin simptomlarına ürəkbulanma, qusma, ishal, mədə əzələlərinin krampları, qızdırma və susuzluq daxildir.

Foodinfo.az evdə qida zəhərlənməsi riskini azaltmaq üçün bəzi məsləhətləri qeyd edir:

Əllərinizi yuyun: Ət, balıq, yumurta və tərəvəz kimi hər hansı quru və ya çiy qida ilə işləməzdən əvvəl əllərinizi isti su və sabunla yuyun. Zibil daşıdıqdan, tualetdən istifadə etdikdən, asqırdıqdan və ya ev heyvanlarına toxunduqdan sonra əllər yaxşıca yuyulmalıdır.

Masa üzərini dezinfeksiya edin: Yemək hazırladıqdan sonra, xüsusən bu masa çiy ət , yumurta, balıq və ya tərəvəz ilə təmasda olduqda, masanı yuyub dezinfeksiya etmək lazımdır. Əlbəttə ki, bunun üçün mütləq antibakterial spreylərdən istifadə etməməlisiniz, ilıq su və sabunla yumaq masanı təmizləmək üçün kifayətdir.

Mətbəx dəsmalını yuyun: Bu dəsmallar istifadə etməzdən əvvəl yaxşıca yuyulmalı və qurudulmalıdır. Çirkli və yaş dəsmallar mikrobların böyüməsi üçün mükəmməl yerdir.

Çiy əti ayrı saxlayın: Çiy ətləri salat, meyvə və çörək kimi hazır qidalardan uzaq saxlamaq lazımdır, çünki bu ətlərdən olan hər hansı bakteriya digər qidalara keçə bilər.

Heç vaxt tərəvəz və meyvələri, çiy ət və toyuq ətini birbaşa mətbəxin səthinə qoymayın.

Çiy əti soyuducunun alt rəfində saxlayın: Çiy əti həmişə soyuducunun alt rəfində tam örtüldükdən sonra saxlayın ki, onun su damcıları alt rəflərdəki yeməklərin üzərinə düşməsin.

Yeməkləri hərtərəfli bişirin: Toyuq, ət, hamburger, kolbasa və kababları hərtərəfli bişirmək vacibdir. Çiy ətdə, xüsusən də toyuqda kampilobakter izlərini öldürməyin yeganə və ən təhlükəsiz yolu onu tamamilə bişirməkdir.

Soyuducunun temperaturunu 5 dərəcədən aşağı saxlayın.

Ən azı həftədə bir dəfə soyuducunun içini təmizləyin.

Yeməkləri dondurucudan çıxardıqdan dərhal sonra bişirin.

Əgər qidaları uzun müddət saxlamaq istəyirsinizsə, onları dondurucuda saxlayın.

Şəbnəm