Gəncə şəhərində heyvan mənşəli məhsulların satışı zamanı qida təhlükəsizliyi sahəsindəki texniki normativ hüquqi aktların tələblərinin pozulmasının qarşısı alınıb.
Foodinfo.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 44B ünvanında yerləşən, vəzifəli şəxs Əlzamin Səfər oğlu Xudiyevin fəaliyyət göstərdiyi ət məhsullarının satışı sahəsində planlı yoxlama keçirilib.
Yoxlama zamanı ət satışı mağazasında qida təhlükəsizliyi sahəsindəki texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı aşkarlanıb. Həmçinin mağazada çalışan işçinin sanitar geyim qaydalarına riayət etmədiyi, onun ilkin və dövri tibbi müayinədən keçmədiyi müəyyən olunub.
Aşkar edilmiş faktla bağlı sahibkar barəsində inizibati xəta haqqında protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.