Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Gülüstan qəsəbəsində fəaliyyət göstərən, “Dokta” MMC-yə məxsus aptekdə keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Baxış zamanı aptekdə çalışan işçilərin məcburi tibbi müayinədən keçmədiyi, həmçinin satışı həyata keçirilən “Nutrilak” əmtəə nişanlı uşaq qidalarının etiketində digər dillərə yanaşı, Azərbaycan dilində məlumatların olmadığı məlum olub. Faktla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, uyğunsuzluqların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
[gallery ids="53104,53105"]