Heyvan sağlamlığı sahəsində hazırlanan yeni texniki normativ hüquqi aktların beynəlxalq tələblərə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müvafiq əmri ilə yaradılmış Heyvan sağlamlığı sahəsində işçi qrupun ilk iclası keçirilib.
Tədbirdə Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələri və işçi qrupun digər üzvləri iştirak ediblər.
Bildirilib ki, işçi qrupun yaradılmasında məqsəd Azərbaycan Respublikasında heyvan xəstəlikləri ilə bağlı risklərin idarə edilməsi işinin təkmilləşdirilməsi, heyvanların sağlamlığının izlənilməsi və nəzarəti üzrə effektiv sistemin yaradılması, heyvan sağlamlığı sahəsində hazırlanan yeni texniki normativ hüquqi aktların Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) “Quruda və suda yaşayan heyvanların sağlamlığı kodeksi”nin tələblərinə uyğunlaşdırılmasının təmin edilməsidir.
O da qeyd edilib ki, heyvan sağlamlığı sisteminin təşkmilləşdirilməsi zərurətindən irəli gələrək bir çox normativ hüquqi aktların həm yenilənməsinə, həm də yenilərinin hazırlanmasına ehtiyac var.
İclasda işçi qrupun əsasnaməsi, “Baytarlıq apteklərinin fəaliyyətinə dair təlimat”, “Səyyar heyvan kəsim düşərgələrinə dair baytarlıq-sanitariya tələbləri”, “Risklərin təhlili haqqında təlimat” müzakirə olunub, təkliflər dinlənilib.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı