Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir. Foodinfo.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 8 aprel 2021-ci il tarixində ölkə üzrə 474 ictimai iaşə obyektində 785 monitorinq keçirilib. Monitorinqlər zamanı 29 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Suraxanı ‎rayonu, Əmircan ştq, Səttar Bəhlulzadə küçəsində yerləşən, fiziki şəxs Nəsirov Orxan Ağa oğluna məxsus "Püstə" kafesi; 2. Bakı şəhəri, Xətai ‎rayonu, Babək pr. 90 ünvanında yerləşən, fiziki şəxs Abbasov Xəyal Mirtağı oğluna məxsus kafe; 3. Bakı şəhəri, Yasamal rayonu, M. Hüseynov 13 küçəsində yerləşən, fiziki şəxs Əliyev Əfqan Nofəl oğluna məxsus kafe; 4. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan yolunun cənub hissəsində yerləşən, fiziki şəxs Əhmədov Natiq Hüseyn oğluna məxsus kafe; 5. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Sabir küç., dalan 1 ünvanında yerləşən, fiziki şəxs Qafarov Elçin Əziz oğluna məxsus kafe; 6. Bakı şəhəri, Sabunçu rayonu, S. Mehmandarov ev 17 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Rəşad Şaqaim oğluna məxsus kafe; 7. Bakı şəhəri, Nizami ‎rayonu, Qara Qarayev 7 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Sədi Fətulla oğluna məxsus "TT Klub" çay evi; 8. Bakı şəhəri, Nəsimi ‎rayonu, Allahyar Nəsibov küç., ev 5 ünvanında yerləşən, hüquqi şəxs " Raas Group " MMC-yə məxsus "İstanbul Meyhanə" restoranı; 9. Bakı şəhəri, Nəsimi ‎rayonu, 28 May küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Qoşqar Fəhruz oğluna məxsus "Qoç ət" kafesi; 10. Bakı şəhəri, Nizami ‎rayonu, Q. Qarayev küç., ev 74h ünvanında yerləşən, fiziki şəxs Eyvazova Səbinə Ədalət qızına məxsus kafe; 11. Bakı şəhəri, Nizami ‎rayonu, Çobanzadə küç 24\03 ünvanında yerləşən, fiziki şəxs Dadaşov Mehrəli Ehtiraz oğluna məxsus kafe; 12. Bakı şəhəri, Xətai ‎rayonu, R. Quliyev küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs İsayev İsa Rüstəm oğluna məxsus "Mirvari ailəvi" restoranı; 13. Bakı şəhəri, Nərimanov ‎rayonu, Ə. Rəcəbli küç., ev 2 ünvanında yerləşən, fiziki şəxs Yusifov Əmrah Zahid oğluna məxsus "Extra" klub; 14. Bakı şəhəri, Yasamal ‎rayonu, Mustafa Sübhi küçəsində yerləşən, fiziki şəxs İsmayılov Oruc Nizami oğluna məxsus "Calipso" pub; 15. Bakı şəhəri, Yasamal ‎rayonu, M. Naxçıvani küç., ev 15 ünvanında yerləşən, fiziki şəxs Abbasov Rəşad Ramiz oğluna məxsus "Chefs" pub; 16. Bakı şəhəri, Yasamal ‎rayonu, Cabbar Qaryağdıoğlu küçəsində yerləşən, fiziki şəxs Məmmədov Elvin Arif oğluna məxsus "Ice pub"; 17. Bakı şəhəri, Səbail ‎rayonu, Salyan şosesi, Şıx çimərliyində yerləşən, hüquqi şəxs "Sabir – 98" MMC-yə məxsus kafe; 18. Bakı şəhəri, Qaradağ ‎rayonu, Lökbatan ştq, Xocahəsən yolu, ev 61m.k ünvanında yerləşən, fiziki şəxs Ələşrəf Həsənov Həmid oğluna məxsus “Şah” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran; 19. Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, fiziki şəxs Həsənli Elxan Mehman oğluna məxsus "Palıd" kafesi; 20. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Hüseynov Elçin Fərhad oğluna məxsus "Xan dönər" kafesi; 21. Bərdə rayonu, Koroğlu küçəsində yerləşən, fiziki şəxs Tağıyev Şadin Hüseyin oğluna məxsus "Çinar" restoranı; 22. Şəmkir rayonu, İ. Məmmədov küçəsində yerləşən, fiziki şəxs Salmanlı Amal Sabir oğluna məxsus "Marakana" çay evi; 23. Masallı rayonu, Ələt-Astara şosesində yerləşən, fiziki şəxs Həsənov Mirhasil Adil oğluna məxsus çayxana; 24. Lənkəran şəhəri, Axund Mirzə Məhəmməd küçəsində yerləşən, hüquqi şəxs Uğur -F.A.X MMC-yə məxsus "Millonare lounge" klub; 25. İsmayıllı rayonu, Ələkbərzadə küçəsində yerləşən, fiziki şəxs Cəbrayılov Ağa Abdulla oğluna məxsus kafe; 26. Oğuz rayonu, Cavanşir küçəsində yerləşən, fiziki şəxs Nəsibov Musa Hikmət oğluna məxsus kafe; 27. Gəncə şəhəri Atatürk pr. 130 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Hüseynqulu Yunis oğluna məxsus "Altunay" restoranı; 28. Beyləqan rayonu, Beyləqan şəhəri, Magistral küçəsində yerləşən, fiziki şəxs Bəndalıyev Vüqar Zakir oğluna məxsus çay evi; 29. Beyləqan rayonu, Gəray Əsadov küçəsində yerləşən, fiziki şəxs Hümbətəliyev Elnur Arif oğluna məxsus kafe. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.