Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, həmçinin istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentliyin əməkdaşları tərəfindən Bərdə şəhəri, Koroğlu küçəsində fəaliyyət göstərən, fiziki şəxs Aşuralıyev Cahid İlham oğlu, Bərdə rayonu, Kələntərli kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Elçin Şahbaz oğlu və Bərdə rayonu, Seyid Yusifli kəndində fəaliyyət göstərən, fiziki şəxs Qasımov Sahib Müzəffər oğluna məxsus pendir istehsalı sexlərində reyd keçirilib. Reyd zamanı hər üç müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Ümumilikdə 347 kq istehlak üçün yararsız pendir məhv edilib, həmçinin müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
[gallery ids="34133,34134"]
Son xəbərlər
- Sumaqlı su bakteriyaların yayılmasının qarşısını alır
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?