İstehsalçı tərəfindən istehlaka hazır formada istehsal edilən, mikroorqanizmlərin məhv edilməsi və ya sayının məqbul səviyyəyədək azaldılması üçün bişirilmə və ya digər emal prosesləri tələb etməyən, birbaşa istehlaka hazır qidalar istehlaka hazır qidalardır.

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nda bildirilir.

Qeyd edək ki, “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları” qida zəncirinin müxtəlif mərhələlərində qida məhsullarının mikrobioloji təhlükəsizliyinə dair əsas göstəriciləri və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin bu sahədə vəzifələrini müəyyənləşdirir. Bu Qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa, Avropa Birliyi Komissiyasının “Qida məhsullarının mikrobioloji kriteriyaları” Reqlamentinə əsasən hazırlanıb. Qaydalar qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinin təmin olunması məqsədilə onların mikrobioloji göstəricilərinə dair sanitariya norma və qaydalarını müəyyənləşdirir. Mikrobioloji göstəricilərin istifadəsi HACCP (Təhlükələrin analizi və kritik nəzarət nöqtələri) əsaslı prosedurların və digər gigiyenik nəzarət tədbirlərinin həyata keçirilməsinin ayrılmaz hissəsini təşkil edir.