Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında “Milla Dairy" MMC-yə məxsus 72 adda 10,63 ton müxtəlif növ süd və süd məhsulu, 4 adda 13,5 ton müxtəlif növ dondurma məhsulu, “Sun Food" MMC-yə məxsus ümumi çəkisi 37,05 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.