Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Lənkəran rayonu, Kosalar kəndində yerləşən, fiziki şəxs Əliyeva Pərvanə Məmmədəli qızına məxsus marketdə yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı məhsullar aşkarlanıb. Aşkarlanan nöqsanlarla bağlı istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir. [gallery ids="35049,35050,35051,35052"]