Qərzəkli meyvəlilər və ləpələrdən nümunə götürülməsi müvafiq tələblərə uyğun həyata keçirilir.

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimata əsasən, ilkin nümunənin formalaşdırılması üçün 50-yə qədər bağlama vahidindən ibarət partiyanın müxtəlif yerlərindən 5 bağlama vahidi, 50-dən çox bağlama vahidi olan partiyalardan 5 vahid və hər sonrakı 20 bağlama vahidi üçün əlavə olaraq 1 bağlama vahidi götürülür. Götürülən hər bağlama vahidinin üst, orta, alt hissələrindən 500 qrama qədər məhsul ayrılaraq dərhal və tam olaraq analiz edilir. Əgər qərzəkli meyvəlilər və ləpələr istehlakçı bağlama vahidlərində qablaşdırılıbsa, onda nümunələr qurudulmuş meyvə, tərəvəz, kökümeyvəlilərdə olduğu kimi götürülür.