Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Z. Əliyeva küçəsində fəaliyyət göstərən mağazada keçirilmiş planlı yoxlama zamanı normativ sənədlərin tələblərinə əməl olunmadığı məlum olub. Belə ki, satışa çıxarılan müxtəlif növ qida məhsulları üzərində məhsula aid müşayiətedici etiketlərin olmadığı və istehsal tarixi, son istifadə müddəti ilə bağlı düzgün məlumatların verilmədiyi, həmçinin yararlılıq müddəti bitmiş yumurta və digər məhsullar aşkar edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.