Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Oğuz şəhəri, Cavanşir küçəsi, ev 46 ünvanında fəaliyyət göstərən, Əliyev Əli Hətəm oğluna məxsus marketdə aparılmış plandankənar yoxlama zamanı son istifadə müddəti bitmiş qida məhsullarının (“Koroleva” əmtəə nişanlı un məmulatı, “Qidam” əmtəə nişanlı xörək duzu) satışının həyata keçirildiyi aşkar edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır. [gallery ids="48554,48555,48556"]