Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. Foodonfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Goranboy rayonu, Safıkürd kəndi ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hacıyev Valeh Əşrəf oğluna məxsus “Gülüstan” marketdə keçirilmiş planlı yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu, bitki tərkibli yağların saxlanmasında temperatur rejiminə əməl olunmadığı aşkar edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.