PFAS kimi tanınan perftoralkillər və poliftoralkillər müxtəlif ticarət və istehlak məhsullarında istifadə olunan bir qrup kimyəvi maddələrdir.
Foodinfo.az xəbər verir ki, son tədqiqatlar PFAS-ın sağlamlığa mənfi təsir göstərdiyini üzə çıxarıb. Məsələn, onlara insanlarda yüksək təzyiq, qaraciyər problemləri, xərçəng və digər xəstəliklərə səəb olur.
Eyni zamanda, PFAS təmizlik məhsulları, yapışmayan qablar, tekstil, boyalar, kosmetika və digər məhsullar da daxil olmaqla bir çox gündəlik əşyalarda mövcuddur.
Bundan əlavə, bu maddə müntəzəm olaraq mikrodalğalı sobada hazırlanan popkorn yeyən insanların orqanizmində yüksək miqdarda aşkarlanıb. Bu səbəbdən mütəxəssislər həmin qidadan az istifadə etməyi məsləhət görürlər.
Əvəzində başqa qəlyanaltı seçə və ya qarğıdalını qaz plitəsinin üzərində bişirərək popkorn yeyə bilərsiniz.
Leyla