Azərbaycanda 2021-ci ildə nəqliyyat və anbar təsərrüfatı sektorunda 4 505 nəfər sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyib.

Bu barədə Foodinfo.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, ölkənin nəqliyyat və anbar təsərrüfatı sektorunda 2020-ci ildə 5 147nəəfər, 2019-cu ildə isə 5 343 nəfər sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyib. Bu sektorda sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə işləyənlərin sayı son 2 ildə müvafiq olaraq 12,5% və 15,7 % azalıb.

Şəbnəm