Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2022-ci il martın 15-də ölkə üzrə 223 ictimai iaşə obyektində 406 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 81/13 ünvanında yerləşən, hüquqi şəxs “Shazelı Group” MMC-yə məxsus “Pak Dad” restoranı; 2. Sumqayıt şəhəri, 16 mkr, ev 130b ünvanında yerləşən, fiziki şəxs Tağıyev Qayıb Bayram oğluna məxsus “Şam” restoranı; 3. Lerik rayonu, Nizami küç., ev 1 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Ədail Zöhrab oğluna məxsus yeməkxana; 4. Sabirabad rayonu, H. Əliyev pr., ev 1 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Hacıbala Məmmədağa oğluna məxsus kafe. AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.