Qalaq şəklində saxlanılan toxumlardan nümunələrin götürülməsi müvafiq tələblərə uyğun həyata keçirilir.
Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”a əsasən, silos qurğularının doldurulması və boşaldılması zamanı nöqtəvi nümunələr xüsusi çalovla və ya nümunə götürücü ilə bərabər fasilələrlə götürülür. Bu zaman formalaşdırılan ilkin nümunələrin kütləsi hər bir ton üçün 100 qramdan az olmamalıdır. Anbarlarda qalağın səthi şərti olaraq sahələri təqribən 20 m2 olmaqla seksiyalara bölünür. Hər seksiyadan müvafiq qaydaya uyğun - beş nöqtədən nümunə götürülür.