Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Şəki şəhərində fəaliyyət göstərən 24 heyvan kəsimi və ət satışı məntəqəsinə keçirilmiş baxış zamanı fiziki şəxs Bağıyev Eldar Ovçu oğlunun baytarlıq-sanitariya ekspertizasından keçirilməyən xırdabuynuzlu heyvan ətinin satışının həyata keçirdiyi aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
[gallery ids="48629,48630"]