Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində keçirilmiş reydlər zamanı fiziki şəxslər Ağasıyev Hafiz Ağahüseyn oğluna, Quliyev Eldar Eyvaz oğluna, Şıxəliyev Şıxəli Ədalət oğluna, Həsənəliyev İman İskəndər oğluna, Cabbarov İlqar Arif oğluna məxsus məntəqələrdə baytarlıq nəzarəti aparılmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslər maarifləndirici məlumatlar verilib. Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.