Qazaxıstan Respublikası tərəfindən Azərbaycandan pomidor məhsullarının idxalına tətbiq olunan məhdudiyyətlə bağlı bildiririk ki, bu ölkəyə idxal olunan pomidor məhsulunda qonur qırışıqlıq virusunun aşkarlandığı iddiası ilə bağlı cari ilin 05-14 yanvar tarixlərində 17 bildiriş vərəqəsi daxil olub. Agentlikdən Foodinfo.az-a bildirilib ki, hazırda aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumu ilə bu istiqamətdə tədqiqatlar aparılır və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.