Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə “ARB 24” Televiziya Şirkətinin birgə layihəsi olan “Qida Bələdçisi” verilişinin növbəti buraxılışı yayımlanıb. Budəfəki buraxılışda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun şöbə müdiri Aysel Cəlilova ölkəmizdə yanvarın 1-dən qüvvəyə minəcək “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” barədə məlumat verib. Verilişdə “Yanlış qida vərdişləri” ilə bağlı həkim-endokrinoloq Hidayət Məmmədzadə sualları cavablandırıb. Verilişdə həmçinin ölkəmizdə 2019-cu ilin sonu 2020-ci ilin əvvələrində quş qripi xəstəliyinə qarşı epizotoloji monitorinqlərin keçirilməsi, Türkiyə Standartlar İnstitutunun ekspertləri tərəfindən Qida Təhlükəsizliyi İnstitutunda laboratoriyaların təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsinə dair təşkil olunan təlimlərlə bağlı məlumatlar yer alıb. Bundan başqa budəfəki buraxılışda mütəxəssislər ədviyyatların insan orqanizminə xeyri və ziyanlarından danışıblar. “Qida bələdçisi”nin “AQTA cavablandırır” rubrikasında Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun sektor müdiri İlahə Əliyeva tamaşaçıların mal qonşuluğu ilə bağlı suallarını cavablandırıb. Qeyd edək ki, “Qida Bələdçisi” hər həftənin bazar günü saat 19:20-də "ARB24" telekanalında yayımlanır. https://www.facebook.com/afsa.gov.az/videos/483963038873882/?__xts__[0]=68.ARCeRPeb6un9BMEPlqHwOkAye62sd7eLLOAy4fsIgBHlHtH6QX1lW8P_Iix-8lmppiB_nIuLt2Y_Dznio9MPUJqNDBK6voeTHXJu5-CB5dD3POPPmYunmswqIkZEV14uS6g71nyfXjZ4CuW4NXQyIJmTZeIdVpDqkt5KuEfKgV2Hfwp7T4jhEKK2xbCqX9UbAgGdAlP6i8XEti5Lm7jNkwXoJBrjUkQ4w3rCiFebj_docoMiGpXfjN4irFD-kzia-8X2zU73E-Uvx_fRARMNtzC7svn5mKvbrNdmfSigAOiXuLhbhitMyQG2lPsBLDnMBjuvmz_9-2z49FeBXpmcCdBCw2xivQbVNDP0pNyXW9EmcJb12R1bVbZlBcl0WAvG&__tn__=-y.g