Qidalanmada səhvlər insanların sağlamlığına ciddi təsir göstərir. Foodinfo.az bildirir ki, düzgün qidalanmamaq ölümcül xəstəliklərə yol açar. Qidalanmada səhvlər həmçinin uzunmüddətli xəstəliklərə səbəb ola bilər.

Yüksək kalorili və yağlı qidalar ürək xəstəliklərinə gətirib çıxara bilər. Həmçinin qidalanmada yüksək şəkər istehlakı diabet yaradır. Az miqdarda meyvə və tərəvəz yemək immun sistemini zəiflədir, nəticədə balansızlıq orqanizmin xəstəliklərə qarşı müqaviməti azaldır.

Düzgün protein və vitamin qəbul etməmək əzələ itkisinə yol açır. Nəticədə mikronutrient çatışmazlığı depressiyaya səbəb olur. Qeyd edək ki, qeyri-sağlam qidalarda xolesterin səviyyəsini yüksəldir. Odur ki, qidalanmada düzgün balans yaratmaq bədənin sağlamlığını qoruyur ki, bu da uzun ömrü təmin edir.