“Azərbaycanda risk əsaslı idxala keçid təmin olunub”.
Bunu Bakıda keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində ərzaq və kənd təsərrüfatı sahəsində özəl sektorun rolunu əks etdirən seminarda çıxış edən Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, belə ki, idxal zamanı yüksək riskli məhsullar daha yaxın tezlikli, orta və aşağı riskli məhsullar isə daha az tezlikli ekspertizalara cəlb olunur.
"Ölkədə 5 qurumun – Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və AQTA-nın iştirakı ilə aqrokimya preparatların və pestisidlərin ekspertizası ilə məşğul olan xüsusi şura fəaliyyət göstərir. Artıq yerli sahibkarlar ölkəyə aqrokimyəvi preparatlar, pestisidlər və digər bitki mühafizə vasitələrini idxal edən zaman qeydiyyat məsələləri həmin şurada keçirilən xüsusi ekspertizalar və toksikoloji rəylər əsasında həyata keçirilir", - deyə Q. Təhməzli qeyd edib. (“APA-Economics”)
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı