"Ölkədə ən vacib məsələlərdən biri qida təhlükəsizliyidir. Ölkə başçısının müvafiq fərmanı ilə ilyarıma yaxındır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayıb" .
Foodinfo.az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda keçirilən “Azərbaycanda ərzaq və kənd təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, Agentliyin tabeliyində Prezidentin müvafiq fərmanı ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu fəaliyyət göstərir: "Bu məsələyə yanaşmamız birinci gündən ondan ibarətdir ki, qida təhlükəsizliyi üç əsas istiqaməti özündə cəmləşdirə bilib. Birincisi və ən vacibi əhalinin sağlamlıq göstəriciləridir. İkinci vacib məsələ ölkədə qida məhsullarının ixrac potensialının artırılmasıdır. Yəni əgər məhsulun təhlükəsizlik göstəriciləri yüksək səviyyədə olarsa, o artıq məhsulun etibarlılığının artırılması deməkdir. Üçüncü vacib məsələ qida məhsullarının sağlam rəqabət mühitinin yaradılmasıdır. AQTA yarandığı ilk gündən qida təhlükəsizliyi məsələlərinə əməl edən, Dayanıqlı İnkişaf məqsədləri istiqamətində irəliləyən sahibkarların yanındadır. Agentliklə müxtəlif sahibkarlıq subyektləri arasında müxtəlif formatlarda görüşlər keçirilib. Eyni zamanda sahibkar üçün təlimlər təşkil edilib. Həmin təlimlər zamanı 20-yə yaxın qida təhlükəsizliyi ilə bağlı mövzu seçilərək 2500-dən çox sahibkar bu təlimlərə cəlb olunub".
Q.Təhməzli bildirib ki, Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 19 laboratoriya analitik ekspertiza mərkəzi fəaliyyət göstərir: "Həmin laboratoriyalar beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalardır. Onu da qeyd edim ki, aparılan monitorinqlər nəticəsində belə bir rəy formalaşdı ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu postsovet məkanında ən mükəmməl göstəricilərə malikdir. Eyni zamanda peşəkarlıq göstəricilərinə görə Qida Təhlükəsizliyi İnstitutu xüsusi yer tutur. İnstitutun verdiyi rəylər dünyanın ən aparıcı qurumları tərəfindən tanınır".
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı