Qurudulmuş meyvə, tərəvəz və kökümeyvəlilərdən nümunə götürülməsi müvafiq tələblərə uyğun həyata keçirilir.

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimata əsasən, qurudulmuş meyvə, tərəvəz və kökümeyvəlilərdən nöqtəvi nümunələrin götürülməsi müvafiq qaydada tənzimlənir, götürülən bağlama vahidlərinin miqdarı partiyanın həcmindən asılıdır. Belə ki, partiyada olan bağlama vahidlərinin sayı 25 ədədə qədər olduqda 2, 26-90 olduqda 3, 91-150 olduqda 5, 151-500 olduqda 8, 501-1200 olduqda 13, 1200-dən çox olduqda 13 və hər sonrakı 100 bağlama vahidi üçün əlavə 1 bağlama vahidi götürülür. Nümunə götürülən hər bağlama vahidinin üst, orta və alt qatlarından xırda meyvəli və doğranmış meyvələr üçün 100 qramdan, iri meyvə və tərəvəzlər üçün 200 qramdan, qarışıq məhsullardan 200 qramdan az olmamaqla nümunə götürülməlidir.