Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentliyin Xaçmaz regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən mövsümə uyğun olaraq, Qusar rayonunun Həsənqala kəndində yerləşən "Qrant Garden" MMC-yə məxsus tutumu 3250 ton olan meyvə anbarında fitosanitar monitorinq həyata keçirilib.
Monitorinq zamanı anbarda saxlanan müxtəlif alma sortlarından nümunələr götürülüb və həmin məhsulların üzərində laborator müayinələr aparılıb.
Müayinələr nəticəsində anbarda saxlanan məhsulda hər hansı bir zərərli orqanizmin mövcud olmadığı müəyyən edilib.
[gallery ids="52570,52571,52572"]