Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları "Sağlam məktəbli" layihəsi çərçivəsində 16 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar Tovuz rayonunda yerləşən İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada təhsil alan şagirdlərlə görüşüblər.
Görüşdə şagirdlərə qida təhlükəsizliyinin təmin edilməsi və onun əhəmiyyəti, sağlam qidalanma vərdişləri barədə geniş məlumat verilib.
Tədbir çərçivəsində qida məhsullarının etiket məlumatları, bakteriya mənşəli qida zəhərlənmələri, konservləşdirilmiş qidalar, süd və süd məhsulları mövzularında məlumatları özündə əks etdirən maarifləndirici bukletlər paylanılıb.
110 nəfər şagird və müəllim heyətinin iştirak etdiyi tədbirdə intektual oyunlar təşkil olunub, şagirdlərin qida təhlükəsizliyi və sağlam qidalanma ilə bağlı sualları cavablandırılıb.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı