Səhiyyə Nazirliyi bayram günlərində düzgün qidalanma ilə bağlı əhaliyə müraciət edib.
Foodinfo.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, qastroenteroloq Emin Məmmədov sağlam qidalanmanın insanların həyat tərzinə çevrilməsinin vacib olduğunu söyləyib.
Onun sözlərinə görə, insanlar bayram günlərində özlərinə nəzarət edə bilmir və qida rejimi pozulur: “Qidalanmanın düzgünlüyü hər kəs üçün individualdır. Hamı üçün eyni sxem yoxdur. Novruz bayramı ərəfəsində hazırlanan şirniyyatlar şəkərlə zəngindir. Şəkərlə zəngin olan qidaların saxlanma müddəti uzun ola bilər, amma düzgün şəraitdə saxlanmalıdır. Qidalar düzgün istifadə olunmalıdır. Bayram süfrəsindəki balıq məhsulları həmin gün istifadə olunmalıdır. Tez xarab olan məhsulların 4-6 saat ərzində qəbulu tövsiyə olunur. Əgər insanlar zəhərlənmədən şübhələnərsə, evdə müalicədən qaçmalı, mütləq həkimə müraciət etməlidir".