Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Şəki rayonu, Şin kəndində fəaliyyət göstərən Yusifov Azad Mustafa oğluna məxsus “Şin” şadlıq evində aparılmış planlı yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, isti su təchizatının və havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin zərərvericilərə qarşı qoruyucu torla təmin edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi sanitar geyimdən istifadə etmədiyi, tullantı qablarının ağzı açıq şəkildə saxlanıldığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır. [gallery ids="48392,48393"]