Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, nəzarət tədbirləri çərçivəsində 2022-ci il martın 2-də ölkə üzrə 300 ictimai iaşə obyektində 540 monitorinq keçirilib. Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Y. Məmmədəliyev küç., ev 4, m.21 ünvanında yerləşən, hüquqi şəxs “Levantine Group” MMC-yə məxsus kafe;
2. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 39 ünvanında yerləşən, hüquqi şəxs “ES-ER” MMC-yə məxsus restoran;
3. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küç., ev 53 ünvanında yerləşən, fiziki şəxs Rəcəbov Tale Əmrəddin oğluna məxsus “Sole Mio Caffetteria” restoranı;
4. Bakı şəhəri, Xətai rayonu, Xocalı pr., ev 29, m.44 ünvanında yerləşən, fiziki şəxs Balakişiyev Elçin Asif oğluna məxsus “Kofe Məkanı” kafesi;
5. Sumqayıt şəhəri, məh. 47 ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Qoşqar Sarı oğluna məxsus kafe;
6. Gəncə şəhəri, H. Əliyev prospekti 151 ünvanında yerləşən, fiziki şəxs Rəcəbov Ramil Sabir oğluna məxsus “Elegance” kafesi;
7. Gəncə şəhəri, Nizami küç., ev 70 ünvanında yerləşən, fiziki şəxs Məmmədova Fidan Çingiz qızına məxsus “Nostalji” kafesi.
AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.