Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 6-da ölkə üzrə 414 ictimai iaşə obyektində 703 monitorinq keçirilib. Monitorinqlər zamanı 14 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küç., ev 27A ünvanında yerləşən, fiziki şəxs Musayev Alim Teymur oğluna məxsus “Məclis” çay evi;
2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən, fiziki şəxs Rəsullu Elşən Ələddin oğluna məxsus kafe;
3. Bakı şəhəri, Səbail rayonu, Nizami küç., ev 42 ünvanında yerləşən, hüquqi şəxs "Mezzanıne" MMC-yə məxsus “Happy Moons” restoranı;
4. Bakı şəhəri, Xətai rayonu, Cəlilov küçəsi 27A ünvanında yerləşən, fiziki şəxs Heydərov Zaur Rəfail oğluna məxsus “Nəlbəki” çay evi;
5. Bakı şəhəri, Xətai rayonu, Hadi küç., ev 41 ünvanında yerləşən, fiziki şəxs İbişov Emil Xaləddin oğluna məxsus çay evi;
6. Bakı şəhəri, Nəsimi rayonu, Qaşqay küç., ev 61 ünvanında yerləşən, fiziki şəxs Aliyeva Lidiyaya məxsus “Saloxo” restoranı;
7. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., M. Hüseynzadə küçəsində yerləşən, fiziki şəxs Əkbərova Ruhəngiz Qulu qızına məxsus restoran;
8. Bakı şəhəri, Xətai rayonu, Xocalı küç., ev 14 ünvanında yerləşən, fiziki şəxs Vəliyev Sadiq Ağarza oğluna məxsus “Taksim Kebap” restoranı;
9. Bakı şəhəri, Səbail rayonu, Ə. Əlizadə küç., ev 7 ünvanında yerləşən, fiziki şəxs Rzayev Zamir Səfər oğluna məxsus restoran;
10. Bakı şəhəri, Yasamal rayonu, “Qızıl Şərq” hərbi şəhərciyi, 1028 məhəllədə yerləşən, fiziki şəxs Mirzəliyeva Qalina Vyaçeslanvona qızına məxsus kafe;
11. Bakı şəhəri, Yasamal rayonu, Azad Mirzəyev küçəsi 324G ünvanında yerləşən, fiziki şəxs Sadiqov Fəda Zəki oğluna məxsus kafe;
12. Bakı şəhəri, Yasamal rayonu, Azad Mirzəyev küçəsi 245 ünvanında yerləşən, fiziki şəxs Sultanov Altay Sərafəddin oğluna məxsus restoran;
13. Bakı şəhəri, Nərimanov rayonu, Rəhimov küçəsi 13 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus restoran;
14. Abşeron rayonu, “AAAF Park” yaşayış kompleksində yerləşən, fiziki şəxs Tağıyev Nicat Şirəli oğluna məxsus "Ocakbaşı" restoranı.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.