Türkiyədə qida qiymətləri tərəvəz, qırmızı ət və süd məhsullarının liderliyi ilə yüksək səviyyədə artmağa davam edib. Foodinfo.az bu “CNN Türk”ə istinadən xəbər verir.
Türkiyə Respublikası Mərkəzi Bankından bildirilib ki, illik inflyasiya 2,5 xal azalaraq 55,18 faizə geriləyib.
Xüsusilə enerji daxil olmaqda bütün əsas qruplar üzrə illik inflyasiyada azalma qeydə alınıb.
Ölkədə qida və alkoqolsuz içkilərin qiyməti aylıq əsasda 7,36 faiz artıb. İllik inflyasiya 1,67 xal azalaraq 69,33 faiz olub.
Fərid