Ukrayna bazarlarında cari ilin fevral ayında ərzaq qiymətlərində artım qeydə alınıb. 
Bu barədə Foodinfo.az Ukrayna KİV-ə istinadən xəbər verir. 
Bahalaşma əsasən tərəvəzlərdə müşahidə olunub. Həmçinin dənli bitkilər və yumurta da bahalaşıb. 


Qeyd olunur ki, ölkədə ötən ayla müqayisədə soğanın qiyməti 31,9 faiz, kök 17,8 faiz, kartof isə 2 faiz bahalaşıb. 


Meyvələrdən isə ən çox bahalaşma almada müşahidə olunub. Bu məhsul təxminən 5 faiz bahalaşıb. 


Ölkədə həmçinin düyünün qiyməti 1,4 faiz, yumurta isə 1,9 faiz bahalaşıb.

Leyla