Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Gəncə şəhəri, Ş. İ. Xətai prospekti ilə H. Əliyev prospektinin kəsişməsində yerləşən, fiziki şəxs Hacıyev Faiq Gülmalı oğluna məxsus “Ləzzət” unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, istehsalatda istifadə müddəti bitmiş bitki yağlarından istifadə olunduğu, satışı həyata keçirilən məhsulların üzərində istehsal və son istifadə tarixlərinin qeyd olunmadığı, həmçinin mal qonşuluğu prinsipinin pozulduğu müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını qətiyyətlə alınacaqdır. [gallery ids="48951,48952"]