Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) koronavirusa qarşı tibbi maskaların hansı yaşdan istifadə olunmasına dair tövsiyələr verib. Foodinfo.az xəbər verir ki, təşkilatlar koronavirus pandemiyası ilə əlaqədar 5 yaşdan kiçik uşaqlardan maska taxılmasını tələb etməməyi məsləhət görür. "Bu, uşağın təhlükəsizliyinə və ümumi maraqlarına, eləcə də maskanı minimal yardımla lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır”, - məlumatda belə deyilir. Eyni zamanda, hər iki təşkilat 6-11 yaşlarında olan uşaqlar üçün bir neçə amili nəzərə almağı tövsiyə edir. Belə ki, söhbət onun maskanı ​​etibarlı və düzgün istifadə etməsi, yaşadığı yerdə virusun yayılması səviyyəsindən gedir. Eyni zamanda, ÜST və UNICEF ​​12 yaşdan yuxarı uşaqlar üçün maskadan istifadəni tövsiyə edir.