Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 9-da ölkə üzrə 396 ictimai iaşə obyektində 682 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Nəsimi rayonu, 28 Mall-da yerləşən, hüquqi şəxs "Panchos Mexicana" MMC-yə məxsus "Zirinc" restoran; 2. Bakı şəhəri, Nəsimi rayonu, Ə. Topçubaşov küçəsi 23 ünvanında yerləşən, fiziki şəxs Əliyev Baba Rəvayət oğluna məxsus kafe; 3. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh kardioloji sanatoriyasında yerləşən, fiziki şəxs Musayev Rəşad Müsənnif oğluna məxsus “Happy Days” kafes; 4. Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, B.Əliyev 18 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Murad Şirzad oğluna məxsus kafe; 5. Bakı şəhəri, Qaradağ rayonu, Sahil ştq, B.Əliyev 18 ünvanında yerləşən, fiziki şəxs Həsənov Adil İbrahim oğluna məxsus “Xəzri” restoran; 6. Bakı şəhəri, Qaradağ rayonu, Bakı Salyan şosesi 14 km-liyində yerləşən fiziki şəxs İsmayılova Xatirə Əhməd qızına məxsus çay evi; 7. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 3 ünvanında yerləşən hüquqi şəxs "Şah-Ət" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran; 8. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 3v ünvanında yerləşən hüquqi şəxs "ROBOCHEF" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “ROBOCHEF” restoran; 9. Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə 2 ünvanında yerləşən hüquqi şəxs "Fbco" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Gloria Jeans Coffees" kafe. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.