Yəməndə 18 milyon insan qida və su əldə edə bilmirlər, 7 milyon yəmənli isə həddindən artıq acdır. Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Yəmən ofisinin sabiq rəhbəri Alexander Fit ötən gün yayımladığı açıqlamada bildirib.
A.Fit qeyd edib ki, son 6 ayda çirkli su və yoluxucu xəstəliklər səbəbindən ən az 2 min nəfər həyatını itirib.
2017-ci ildə Yəmən xalqından ən az bir milyon insan yoluxucu kolera xəstəliyinə tutulmuşdur. A.Fit deyib ki, indiyədək Yəmən xalqından 2300 nəfər yoluxduğu xəstəliklər nəticəsində həyatını itirib.
Xatırladaq ki, Səudiyyə rejiminin başçılığı altında körfəz ölkələrinin Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar bu yoxsul ərəb ölkəsində qidalanma, təmiz su və tibbi ləvazimat çatışmazlığı kimi problemlər yaradıb.
Təcavüzkar Səudiyyə Ərəbistanı rejimi Yəməndə anbarları, xəstəxana və digər infrastrukturu bombalayaraq dağıtması bu ölkədə minlərlə insanın ölümünə səbəb olub. Bundan başqa, Səudiyyə rejiminin Yəmənə tətbiq etdiyi sanksiyalar nəticəsində dərman və qida kimi zəruri məhsulların girişi də əngəllənib.
Dünyanın ən böyük böhranını yaşayan ölkədə 22 milyondan artıq dinc sakinin yardıma ehtiyacı var. Xeyriyyəçi təşkilatların fəaliyyətinin əngəlləri, davam edən münaqişə, iqtisadiyyatın çökməsi və sosial xidmətlərin olmaması səbəbindən Yəməndə ehtiyaclar hər gün artmaqdadır. (Maide.az)