ABŞ-da 200 milyondan çox yumurta satışdan götürüləcək. Buna səbəb yumurtalarda salmonelleza infeksiyasının aşkar edilməsidir. ABŞ-ın ərzaq və tibb məhsullarının keyfiyyətinə sanitar nəzarət idarəsinin məlumatına görə, zərərli yumurtaların nəhəng partiyası Şimali Karolinadakı fermaların birindən gətirilib. Keyfiyyətsiz məhsul artıq 9 ştatın ticarət şəbəkələri və müəssisələrinə yol tapıb. İdarədən o da bildirilib ki, bu regionlarda yumurtalardan istifadə olunandan sonra, salmonelleza xəstəliyinə yoluxma ilə bağlı 20-dən çox hal qeydə alınıb. (ATV)