Çoxları acılı yeməklərin mədə-bağırsaq traktına zərər verdiyinə, xora və qastritə səbəb ola biləcəyinə inanırlar. Eyni zamanda, qeyd olunur ki, ədviyyatlar təhlükəli deyil və mədəyə mənfi təsir göstərmir.
Foodinfo.az rusiyalı qastroenteroloq Andrey Yakuşevin Gazeta.Ru-ya verdiyi açıqlamanı təqdim edir. 
Acılı yemək tərkibində xlorid turşusu olan mədəyə ciddi təsir göstərə bilmir. Həmin maddə çox gülcü olduğu üçün acılı yemək mədənin turşu mühitini dəyişə bilməz.
Bununla belə ədviyyatlı, acılı, kəskin yeməkdə sinir ucları ilə qarşılıqlı əlaqədə olan kapsaitsin var.
Buna görə də, yanma hissi var və orqana qan axını yarana bilər. Bu, mədədə narahatlıq yaradır.
Mütəxəssis qeyd edir ki, acı yeməklər qastrit və mədə xorasına səbəb ola bilməz.

Leyla